/az/get-auto-result.html

FAQ - Tez-tez verilən suallar

  • Hediyye.al nədir? +

    Hediyye.al, öz sevdikləri üçün hədiyyə almaq istəyənlərə zövqlü, sərfəli və maraqlı seçimlər təqdim etmək məqsədilə yaradılmış start-up-dır. Şirkətimiz ASAN Xidmətin biznes inkubatoru, BAŞLA-nın dəstəyi ilə təsis edilmişdir.

  • Hansı ödəniş metodları qəbul olunur? +

    Sizin rahatlığınız üçün həm online həm də nəğd ödənişlər qəbul olunur.

  • Çatdırılma nə qədər çəkir? +

    Çatdırılma hədiyyə sifarişi verən şəxs tərəfindən əvvəlcədən müəyyən olunmuş vaxta uyğun olaraq qeyd olunan ünvana çatdırılır. Sifarişin vaxtında çatdırılması üçün ən az bir neçə saat əvvəlcədən sifariş verilməsi tövsiyyə olunur.

  • Online alış veriş nə qədər təhlükəsizdir? +

    Sizin məlumatlarınız SSL təhlükəsiz server proqramı vasitəsilə şifrələnir və ötürülür. Sizin şifrələnmiş sifariş, ad, ünvan, bank kartı və ya bank məlumatlarınız üçüncü şəxslər tərəfindən oxuna bilməz. Bank kartı ödənişləri 3D təhlükəsizlik sistemi tərfindən də təsdiq olunacaq.

  • Verilən sifarişi necə ləğv edə bilərəm və ya alınan məhsulu necə geri qaytara bilərəm? +

    Verilən sifarişi ləğv etmək üçün info@hediyye.al ünvanına email vasitəsilə müraciət etməyiniz və ya 070 408 07 07 nömrəsinə zəng vurmağınız xahiş olunur. Alınan məhsulları geri qaytarmaq üçün də eyni vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz. Xahiş edirik nəzərə alasınız ki, alınan güllər və digər bitkilər geri qaytarılmır.

  • "Atmaca" xidməti nədir? +

    Sevdiyiniz insan sizin zövqünüzə hələ tam bələd deyilsə, "Atmaca" funksiyası sizin dadınıza çata bilər. Siz öz bəyəndiyiniz hədiyyənin sol alt küncündəki ikonun üzərində klikləyib, sevdiyiniz insanın email adresini yazırsınız. Biz isə həmin şəxsə seçdiyiniz hədiyyənin linkini göndəririk.