/az/get-auto-result.html

Çiçək baxımı

Gül buketlərini uzun müddət təzə saxlamaq üçün nə etmək lazımdır?

Gül dəstəsi yaşından asılı olmayaraq istənilən qadını xoşbəxt edə biləcək ən sadə hədiyyədir. Güllər qəlbdə ən incə hisləri oyada, unudulmaz emosiyalar və çox gözəl əhval-ruhiyyə bəxş edə bilirlər. Həm də bu hislər yalnız hədiyyə zamanı deyil, həm də xoş xatirələr kimi qadını uzun müddət müşayiət edir.

Güllər insanın emosional vəziyyətinə müsbət təsir edir, onlar həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də xeyirxah və səmimi atmosfer yaradaraq, insanlar arasında dostluq və simpatiyanı bərkidir. Hədiyyə edilmiş gül buketlərini olduqca uzun müddət saxlamaq istəyirik, hərçənd ki, artıq kəsilmiş güllərin həyatı qısa olur. Lakin lazımlı məlumatınız olduqda siz onları daha uzun müddət saxlaya bilərsiniz. Gül buketini hədiyyə alaraq, ilk növbədə buketin tərkibinə diqqət edin. Əgər onun tərkibi bir növ güllərdən ibarətdirsə, bu zaman iş sadələşir, amma əgər o müxtəlif həm də bir-birinə uyğun olmayan güllərdən ibarətdirsə bu zaman buketin güllərini ayırıb müxtəlif vazlara yerləşdirmək lazım olacaq.

Əksər hallarda hədiyyə olaraq qızılgüllər təqdim edilir. Qızılgül – şıltaq güldür. Güllərin kraliçasına layiq olaraq, o öz sahəsində yadlara dözmür. Tünd qırmızı qızılgülü isə hətta öz qohumlarını belə sevmir və onunla bir güldanda olan daha açıq rəngli qızılgüllərini məhv edir.

Gülləri güldana qoymazdan əvvəl, onların aşağı hissəsində olan bütün yarpaqlarını (qızılgüllərdə isə həm də tikanlarını) təmizləmək lazımdır ki, onlar suda çürüməsinlər. Həmçinin güllərin aşağı hissəsini kəsmək lazımdır. Bunun üçün saplaqların sonlarını su ilə dolu kasaya salıb suyun altında onların ucunu iti bıçaqla təxminən 1 santimetr kəsirlər. Qızılgüllərə uzun əyri kəsik, xrizantemlərin və yarı ağac saplaqlı digər güllərin saplaqlarını isə (freziya, yasəmən) 5-7 sm uzunluğunda parçalayırlar. Bundan sonra güllər kənarlarına qədər sərin su ilə doldurulmuş güldana qoyulur.

Qerberlər istisna olunur, onların içiboş saplağı tez çürüdüyü üçün, onun üçdə bir hissəsini suya qoyurlar. Südlü şirəsi olan güllərin saplaqlarının sonları güldana yerləşdirməzdən əvvəl bir neçə saniyəlik qaynar suya salmaq lazımdır.

Buketin uzun müddət qalması onun yaşayacağı suyun tərkibindən asılıdır. Bu məqsədlər üçün siz həm adi krandan axan sudan istifadə edə bilərsiniz, həm də ki, qidalı məhlul hazırlaya bilərsiniz. Qızılgül, tülpan, qərənfil və yasəmənlər üçün 2-5%-lik şəkər məhlulu hazırlanır. Suda çürümə proseslərinin qarşısını almaq üçün, ona manqan kristallarını (suyun açıq-çəhrayı rəngləməsinə qədər), kömür həblərini (güldanın ölçüsündən asılı olaraq 1-3 həb), aspirinin həblərini (1 l. su üçün 1 həb), limon turşusunu (1 l. su üçün 2 q.) əlavə edirlər. Vazdaki suyu hər gün dəyişdirmək, saplaqların uclarını bir az kəsmək və iri gülləri olan buketlərə isə (qızılgülü, qərənfil, tülpan, nərgizgülü) sərin qaynanmış su səpmək lazımdı.

Qaldı buket üçün uyğun yer tapmaq. Dalğın işıqlandırması olan sərin yer – bunun üçün ideal variantdır. Buketi yel çəkən yerdə, yetişmiş meyvələrin yanında və düz günəş şüaları altında qoymaq olmaz. Yel və günəş fiziki təsirə görə güllərin həyatını əhəmiyyətli dərəcədə azaldır, meyvələr isə güllərin qocalmasını və rəngsizləşməsini sürətləndirəcək etilen maddəsini ayırır.